AZ

Kanadalı hücumçu üçün mübarizəyə "Barselona" da qoşuldu

Mövsümün sonunda "Lill"lə müqaviləsi başa çatan Conatan Devid Avropanın nəhəng klublarını diqqət mərkəzindədir.

Sportal.az xəbər verir ki, "Yuventus", "İnter" və "Nyukasl"dan sonra "Barselona" da kanadalı hücumçu üçün mübarizəyə qoşulub. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi 24 yaşlı forvardın çıxışını yaxından təqib edir. "Barselona" 2025-ci ilin yayında azad agent statusunda olacaq futbolçunu heyətinə qatmaq üçün səy göstərəcək.

Qeyd edək ki, "Lill" Conatan Devidi 2020-ci ilin yayında "Gent"dən transfer edib. Kanada millisinin üzvü bu mövsüm Fransa klubunun heyətində meydana çıxdığı 11 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
12
sportal.az

1Mənbələr