AZ

Quru sərhədləri bu şərtlərlə açıla bilər - EKSPERTDƏN AÇIQLAMA

Koronavirus zamanı başlayan ənənə müharibə dövründən indiyə qədər davam edir. Söhbət isə sərhədlərin bağlı qalması məsələsindən gedir.

Prezident İlham Əliyev  bildirib ki, son illər quru sərhədlərimizin bağlı qalması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta, sərhədlərin bağlı qaldığı bu gün belə, təhlükəli addımlar atılır və onların qarşısı alınır. Ona görə də sərhəd mühafizəsi bizi xarici risklərdən qoruyacaq.

Koronavirusdan sonra sərhədlərin bağlanması, hökumətin artıq 4 ildir sərhədləri qapalı saxlamasının əsl səbəbi nədir? Əsas təhlükə haradan gəlir? Ermənistan, Rusiya, yoxsa İrandan?

Mövzu ilə "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən siyasi ekspert Azad İsazadə bildirib ki, sərhədlər həmişəlik bağlı qala bilməz:

“İlk izahat COVID ilə bağlı idi, amma hamımız başa düşürdük ki, bu, tibbi təhlükəsizliyə qarşı yox, real terror aktlarından qorunmağa qarşı atılan addım idi. Yada salaq ki, 1990-cı illərdə şəhərlərarası dəmiryolu və avtobus nəqliyyatlarında ermənilər terror aktları həyata keçiriblər. İstər Ermənistan, istər İran, istərsə də Gürcüstanda Azərbaycana qarşı təxribat törətmək istəyən insanlar az deyil. Ona görə də bu tədbir məntiqli idi”.

Müsahibimiz deyir ki, indiki proseslərdə sərhədlərin qapalı qalmağı daha məqsədəuyğundur. Sərhədlərin qapalı olmasına baxmayaraq, narkotik alveri ilə məşğul olan insanlar daim sərhəddə tutulur, hətta atışmalar da olur. Yəni görünən tədbirlərə baxmayaraq, qapalı sərhədlərdən hansısa məqsədlər üçün istifadə edən şəxlər mövcuddur. Bununla bağlı bəlkə də daha ciddi terror aktları hazırlanıb, amma görülən tədbirlər nəticəsində qarşısı alınıb.

“Sərhədlərin bağlı qalması və ya açılması risklərin çoxalma və azalma məsələsindən aslıdır. Ermənistan-Azərbaycan arasındakı sülh müqaviləsindən kommunikasiya məsələləri çıxarılıb. Amma kommunikasiyaların açılması müzakirə zamanı işimizi elə qurmalıyıq ki, Ermənistan da kommunikasiyların açılmasının təhlükəsizliyini təmin etmək marağında olsun. Bu zaman hansısa formada bu məsələyə qayıda bilərik”, - deyə eskpert sonda qeyd etdi.

Mədinə

Seçilən
25
operativmm.az

1Mənbələr