AZ

Putin müharibədə iştirak edən məhbuslarla bağlı qanun imzaladı

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətdə olan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi haqqında qanun imzalayıb.

 

Sfera.az xəbərinə görə, bu barədə sənəd hüquqi aktların rəsmi nəşr olunduğu saytda yerləşdirilib.

 

Qanun Rusiya Federasiyasının Cinayət və Cinayət Prosessual Məcəllələrinin müddəalarını tamamlayır.

 

Qanunvericilik təşəbbüsünün müəllifi Ali Məhkəmə olub. Qanun səfərbərlik dövründə hərbi xidmət keçən və ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış təqsirləndirilən şəxsləri məhkəmə icraatı mərhələsindəki cinayət məsuliyyətindən azad etməyə imkan verəcək.

 

Həmçinin təqsirləndirilən şəxslər səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə hərbi xidmət keçmək üçün müqavilə bağlaya bilərlər.

Seçilən
11
3
sfera.az

3Mənbələr