AZ

Putin müharibədə iştirak edən məhbuslarla bağlı qanun imzaladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətdə olan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi haqqında qanun imzalayıb.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə sənəd hüquqi aktların rəsmi nəşr olunduğu saytda yerləşdirilib.
Qanun Rusiya Federasiyasının Cinayət və Cinayət Prosessual Məcəllələrinin müddəalarını tamamlayır.
Qanunvericilik təşəbbüsünün müəllifi Ali Məhkəmə olub. Qanun səfərbərlik dövründə hərbi xidmət keçən və ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış təqsirləndirilən şəxsləri məhkəmə icraatı mərhələsindəki cinayət məsuliyyətindən azad etməyə imkan verəcək.
Həmçinin təqsirləndirilən şəxslər səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə hərbi xidmət keçmək üçün müqavilə bağlaya bilərlər.
Seçilən
18
50
oxu.az

10Mənbələr