AZ

Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri təltif edildi

Bakı. Trend:

1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibətiləbir qrup prokurorluq əməkdaşı, qanunların aliliyinin təminedilməsi, hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşımübarizə və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsindəkiuğurlarına görə mükafatlandırılıb.

Trend xəbər verirki, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmrimzalayıb.

Əmrə əsasən, Azərbaycan Respublikasının Hərbi prokurorunun böyükköməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, başədliyyə müşaviri Firad Fuad oğlu Əliyev "Prokurorluğun fəxriişçisi" döş nişanı ilə təltif edilib.

Qeyd edək ki, 26 iyun 2024-cü il tarixində müdafiə naziri,general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə,eləcə də 14 avqust 2024-cü il tarixində Dövlət Sərhəd Xidmətininrəisi, general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının YaranmaGünü münasibətilə Firad Əliyevi "Hərbi əməkdaşlıq sahəsindəxidmətlərə görə" medalı ilə təltif etmişdilər.

Məlumat üçün bildirək ki, Firad Əliyev Bakı DövlətUniversitetinin hüquq fakültəsini 2002-ci ildə bakalavr, 2004-cüildə isə magistr təhsili üzrə fərqlənmə ilə bitirmiş və "Hüquqfakültəsinin ən nümunəvi məzunu" adına layiq görülmüşdür. O, 12aprel 2005-ci ildən Prokurorluq Orqanlarında xidmət edir və peşəkarfəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb,vaxtından əvvəl ədliyyə müşaviri və baş ədliyyə müşaviri rütbələrialıb.

Seçilən
15
az.trend.az

1Mənbələr