AZ

XİN-dən Mirzoyanın təxribatçı çıxışına CAVAB

Bakı. Trend:

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın VarşavaForumunda çıxışı dezinformasiya, təbliğat və manipulyasiya məqsədidaşıyır.

Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuatkatibi Ayxan Hacızadə "X" hesabında yazıb.

"Nazir Mirzoyan beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə,Ermənistanın 30 ilə yaxındır ki, Ermənistanın hərbi təcavüzü vəAzərbaycan ərazilərinin işğalı ilə bağlı niyə belə susduğunu izahetsə, daha düzgün olardı.

Beynəlxalq öhdəliklərinə baxmayaraq, Ermənistan 2023-cü ildəAzərbaycan onları ərazisindən çıxarana qədər 10 mindən çox silahlıqüvvələrini Azərbaycandan çıxarmaqdan niyə imtina etdi?

Bu qeyri-qanuni silahlı qüvvələr Ermənistanın dövlət büdcəsindənbirbaşa hərbi-texniki, maddi-texniki və maliyyə dəstəyi hesabınaAzərbaycanın suveren ərazisində separatizmi qızışdırmaq məqsədilətəmin edilib", - XİN rəsmisi bildirib.

"Dinc" erməni sakinlərə qarşı hücum kimi təqdim etməyə çalışdığışey, əslində, Azərbaycan tərəfindən həyata keçirilən lokalantiterror tədbirləridir və onun qanunda nəzərdə tutulmuşhüquqlarına tam uyğundur. BMT Nizamnaməsinə əsasən, Azərbaycansuveren ərazisində qeyri-qanuni yerləşdirilmiş erməni silahlıbirləşmələrini tərksilah etmək hüququna malikdir.

Ermənistanın xarici işlər naziri Azərbaycan ərazilərini özqərarı ilə tərk etmiş ermənilərlə bağlı sualı cavablandırarkən 1milyondan çox azərbaycanlının Ermənistandan və Qarabağdanvəhşicəsinə və zorla qovulduğunu unudur.

Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli,ağıl və qanun yolunu seçməlidir.

Öz imkanları xaricində olan istəklər üçün avantürizmə girişməkErmənistanın mühakimə qabiliyyətinin uğursuzluğunu ortaya qoyur,bu, bölgəmizdə sülh və sabitliyə ən böyük maneədir", - o qeydedib.

Seçilən
22
3
az.trend.az

10Mənbələr