AZ

Qarabağ məsələsi Ermənistanın boynuna ilgək kimi istifadə olunub - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, BMT-dəki çıxışı zamanı Ermənistan dövlətinin maraqları baxımından zəruri hesab etdiyi şeyi deyib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, müxalif “Ermənistan” fraksiyasının deputatı Anna Qriqoryan baş naziri siyasi məqsədəuyğunluğa görə Dağlıq Qarabağdan imtina etməkdə ittiham edib.

Buna cavab olaraq Paşinyan bildirib ki, Qarabağ məsələsi uzun illərdir bir çox ölkələr tərəfindən “Ermənistanın boynuna ilgək” kimi istifadə olunur.

“Bu məsələ erməni dövlətçiliyinin aradan qaldırılmasına yönəlmiş alətdir” - Paşinyan qeyd edib.

Seçilən
20
ucnoqta.az

1Mənbələr