AZ

Paşinyan Rusiya baş nazirinin düz üzünə dedi- "10 noyabr sənədində biz belə öhdəlik götürmədik"...

Image

Ermənistanın baş naziri Nikol Paşinyan daha bir tribunadan öz hökumətinin uydurduğu "dünyanın kəsişməsi" layihəsindən danışdı. Ermənilər ya anlamır, ya da özlərini o yerə qoyur ki, "Şaxta Baba"ya bənzəyən bu layihə heç bir ölkə üçün maraqlı deyil. Doğrudan da, bu layihə "Şaxta Baba" kimi bir obrazdır, bu yalnız ermənilərin təqdimatında var, amma reallıqda belə bir layihə mövcud deyil. 

Yalnız Fransanın dəstəklədiyi bu layihənin maliyyəsini də Paris və İrəvan verməlidir. Ermənistanda belə bir investisiya imkanı yoxdur. Fransızlar isə bu layihənin "ölü doğulduğunu" bildiyindən ona investisiya yatırmaz. Yalnız bəyanatlar şəklində Ermənistanın mövqeini müdafiə etmək, ona siyasi dəstək vermək məqsədi ilə Fransa "dünyanın kəsişməsi" layihəsini dəstəklədiyini bəyan edir. Lakin Paris bəyanatdan o yana gedə bilmir və getməyəcək də....

Avrasiya İqtisadi İttifaqında (Aİİ) Paşinyanın ikinci ağ yalanı isə Rusiyanın baş naziri Mixail Mişustinin qarşısında 10 noyabr Üçtərəfli Bəyanatla göturdüyü öhdəlikdən boyun qaçırmasıdır.

Regional kommunikasiyalar blokdan açıldığı halda Ermənistan Respublikası malların, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçməsinin təhlükəsizliyini tam təmin etməyə hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Aİİ hökumətlərarası şuranın iclasında bildirib. 

"Layihənin məqsədi bütün maraqlı dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün ən əlverişli şərait yaratmaq, habelə ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət əsasında regionun logistik potensialının əhəmiyyətli dərəcədə artırılmasıdır. Ermənistan Respublikası malların, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçməsinin təhlükəsizliyini tam təmin etməyə hazırdır”, - Paşinyan vurğulayıb. 

Baş nazir Paşinyan Ermənistanın haradasa, hansısa sənəddə üçüncü dövlətlərin öz ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsinə razı olması ilə bağlı iddialara da toxunub. Paşinyan vurğulayıb ki, bu bəyanatlar sadəcə olaraq reallığın təhrifidir.

“Ermənistanın haradasa, nə vaxtsa regional kommunikasiyalarla bağlı suverenliyini məhdudlaşdırmağa razılaşdığına dair şərhlər var. Bu, heç vaxt olmayıb və bu da reallığın açıq-aşkar təhrifidir. Ermənistanın öhdəliyi aydındır: onun ərazisində yüklərin, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyinə zəmanət verməkdir və biz buna zəmanət veririk”, - Paşinyan yekunlaşdırıb.

Nikol Paşinyanın Vladimir Putinə yalvara-yalvara 10 noyabr 2020-ci ildə, gecə yarısı imzaladığı atəşkəs bəyanatının 9-cu bəndində yazılır: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir". Artıq bu bəyanatın imzalanmasından dörd ilə yaxın vaxt keçsə də, Ermənistan bölgədə nəqliyyat əlaqələrinin blokdan çıxarılması barədə üzərinə götürdüyu öhdəlikləri icra etməkdən boyun qaçırır. Azərbaycan tərəfi üçün bu əlaqə yoluna kimin nəzarət etməsi o qədər də vacib deyil. Rəsmi Bakı nəqliyyat əlaqələrinin, o cümlədən də Zəngəzur dəhlizinin açilmasını Ermənistandan üzərinə götürdüyu öhdəlik olaraq tələb edir. Yola kimin nəzarət edəcəyi artıq Ermənistanla Rusiyanın problemidir, öz aralarında məsələni həll etsinlər. Əsas odur ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqə yolunda nəqliyyatın, yüklərin və insanların maneəsiz hərəkəti təmin edilsin.

Ermənistanın hazırda ciddi cəhdlə təbliğ etdiyi "dünyanin kəsişməsi" abstrakt layihəsinin yuxarıda qeyd edilən Zəngəzur dəhlizi ilə heç bir əlaqəsi yoxdur. Bəzən ermənilər "dünyanin kəsişməsi" layihəsini Zəngəzur dəhluzinə alternativ kimi təqdim edirlər. Bu tamamilə yalandir. Ermənilərin təqdim etdiyi abstrakt layihənin uzunluğu minlərlə kilometrdir, Zəngəzur dəhlizinin uzunluğu isə cəmi 43 kilometr təşkil edir.

Akif NƏSİRLİ





Seçilən
13
baki-xeber.com

1Mənbələr