AZ

Messi yenidən Argentinanın heyətinə qayıdır

Argentina millisinin və "İnter Mayami"nin ulduzu Lionel Messi milli komandasına qayıdıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Albiselestenin mətbuat xidməti məlumat yayıb.

37 yaşlı forvardın yer aldığı siyahıda ümumilikdə 27 futbolçu var.

Xatırladaq ki, oktyabrın beynəlxalq fasiləsində dünya çempionları Venesuela və Boliviya yığmaları ilə qarşılaşacaq. Komanda səfərdə venesuelalılara, evdə isə boliviyalılara qarşı oynayacaq. Futbol üzrə dünya çempionatının Cənubi Amerika vəsiqəsinin səkkiz görüşünün nəticələrinə əsasən, Argentina millisi 18 xalla birinci yeri tutaraq turnir cədvəlinə başçılıq edir.

Seçilən
10
90deqiqe.az

1Mənbələr