AZ

Pezeşkian Qətərdə rəsmi səfərdədir

İran Prezidenti Məsud Pezeşkian Qətərdə rəsmi səfərdədir.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bu, Pezeşkianın İran Prezidenti vəzifəsinə başladıqdan sonra ərəb ölkəsinə ilk səfəridir. Onun bu gün Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcəyi planlaşdırılır.

Pezeşkianın oktyabrın 3-də Qətərdə Asiya Əməkdaşlıq Dialoqunun üçüncü sammitində iştirak edəcəyi gözlənilir. 2023-cü ilin oktyabr ayından təşkilata İran sədrlik edir.

Seçilən
7
6
ikisahil.az

10Mənbələr