AZ

Starmerdən Leyenə: Bunda qətiyyətliyik!

Böyük Britaniyanın Baş naziri Kir Starmer Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen ilə görüşüb.

Axar.az xəbər verir ki, Starmer Brüssel ilə münasibətləri sabit və pozitiv əsasda qurmaqda qətiyyətli olduğunu bildirib.

“Qəti şəkildə inanıram ki, Britaniya ictimaiyyəti ən yaxın qonşularımızla münasibətlərdə Breksitin işləməsi, onların maraqlarına xidmət edilməsi, iqtisadi artımın gücləndirilməsi, təhlükəsizliyimizin möhkəmləndirilməsi və qeyri-qanuni miqrasiya, iqlim dəyişikliyi kimi ortaq problemlərin həllində yollar tapmaq üçün praqmatik və məntiqli liderliyə qayıtmaq istəyir”, - Starmer görüşdə qeyd edib.

Seçilən
31
2
axar.az

3Mənbələr