AZ

FIFA Samuel Eto’Oya qadağa tətbiq etdi

FIFA-nın İntizam Komitəsi Kamerun Futbol Federasiyasının (FECAFOOT) prezidenti Samuel Eto’Oya qadağa tətbiq edib.

Arena.az məlumat verir ki, Eto’O yarım il (6 ay) ərzində Kamerun yığmasının oyunlarını ziyarət edə bilməyəcək.

Müvafiq cəza tədbiri Eto’Onun 2024-cü il sentyabrın 11-də 20 yaşadək yeniyetmə qızlardan ibarət Kamerun və Braziliya komandalarının iştirakı ilə keçirilmiş, dünya çempionatının 1/8 final oyunundakı davranışı ilə bağlıdır. Qadağa həmçinin göstərilmiş müddətdə Kamerunun bütün yaş dəstələri üzrə kişilərdən və qadınlardan ibarət milli yığma komandalarının oyunlarına da şamil edilir.

Xatırladaq ki, Samuel Eto’O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsində çalışır. Bundan əvvəl mətbuatda, Eto’Onun danışılmış oyunların təşkilində iştirakda şübhəli bilindiyini haqda məlumat yayılmışdı. O vaxt vurğulanırdı ki, Eto’O tutduğu vəzifədən getməyə yaxındır.

Seçilən
19
arena.az

1Mənbələr