AZ

“Məğlubiyyətlərdən artıq biz də bezmişik” – “Səbail”in yeni hədəfi nədi?

Ölkə çempionatında cəmi 8 tur arxada qalsa da, “Səbail”in artıq 6 məğlubiyyəti var.

“Dənizçilər” yeni mövsümə yaxşı başlamayıb. Bunun nəticəsidi ki, sosial şəbəkələrdə “Səbail” rəhbərliyi və baş məşqçi Şahin Diniyev sərt tənqid olunur.

Görəsən, azarkeşlər bu uğursuzluğu necə qarşılayır? “Dənizçilər” fanklubunun rəhbəri Atif Rüstəmli ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Məğlubiyyətlərdən artıq biz də bezmişik. İclasda bilindi ki, büdcə azdı. Bu il elitada qalmaq hədəfi qoyulub. Kimin gəlib-gedəcəyi bizim üçün önəmli deyil. Önəmli olan bu il premyer-liqada qalmaqdı”.


ƏSƏD SEYİDOV
Seçilən
8
football-plus.az

1Mənbələr