AZ

Qazaxıstanda AES ilə bağlı referendumdan əvvəl təhlükəsizlik tədbirləri gücləndiriləcək

Qazaxıstanda

Astana, 2 oktyabr, AZƏRTAC

Qazaxıstan Daxili İşlər Nazirliyi atom elektrik stansiyası (AES) ilə bağlı referendumun hazırlanması və keçirilməsi zamanı asayişin və təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görür.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, oktyabrın 2-dən daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçib.

Dövlət orqanları ilə birlikdə seçki məntəqələrinin texniki təchizatı, yanğın təhlükəsizliyi və antiterror təhlükəsizliyi ilə bağlı komissiya yoxlamaları aparılacaq.

Polis əməkdaşları seçki bülletenlərinin çatdırıldığı andan seçki məntəqələrində də xidmət göstərəcəklər. Onlar, həmçinin seçki sənədlərinin müşayiətinə cəlb olunacaqlar.

Qazaxıstan Respublikasında ümumilikdə 33 minə yaxın əməkdaş ictimai asayişi qoruyacaq, onlardan 18 mini seçki məntəqələrində olacaq.

Xatırladaq ki, sentyabrın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində oktyabrın 6-da AES-in tikintisi ilə bağlı referendum keçiriləcəyini elan edib.

Səsvermədə Qazaxıstanın səsvermə hüququna malik vətəndaşlarının yarıdan çoxu iştirak edərsə, referendum baş tutmuş hesab olunacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Seçilən
10
azertag.az

1Mənbələr