AZ

Dembele Enrikedən üzr istədi

style='margin-bottom:10px;'>

PSJ-nin futbolçusu Usman Dembele baş məşçisi Luis Enrikedən üzr istəyib.

QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 27 yaşlı fransalı futbolçu baş məşqçisi ilə arasında olan gərginliyi aradan qaldırmağa yaxındır. Onun bu həftə “Nitsa”ya qarşı oynayacağı gözlənilir. 

Qeyd edək ki, sentyabrın 27-də Usman Dembele Fransa çempionatında “Renn”lə oyundan (3:1) sonra Luis Enrike ilə mübahisə edib. Baş məşqçi bu səbəbdən onun adını oktyabrın 1-də "Arsenal"la keçirilən matç (0:2) üçün iştirak ərizəsinə daxil etməyib.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr