Bakı. Trend:
Mingəçevirdə piyadanı maşın vuraraq öldürüb.
Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regionalqrupu məlumat yayıb.
Bildirilib ki, oktyabrın 2-də saat 18 radələrində Mingəçevirşəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalıavtomobillə yolu keçən piyada, 1954-cü il təvəllüdlü XalidMəmmədovu vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.