AZ

Liv Bona Dea Hospital daun sindromlu uşaqları ödənişsiz kardioloji müayinədən keçirib

Liv Bona Dea Hospitalın peşəkar həkimləri Ümumdünya Ürək Günü münasibətilə daun sindromlu uşaqlar üçün ödənişsiz kardioloji müayinələr həyata keçiriblər.

"Report" xəbər verir ki, təşəbbüs çərçivəsində uşaqların ürək sağlamlığı ilə bağlı geniş yoxlamalar aparılıb və vəziyyətləri qiymətləndirilib.

Müayinə zamanı uşaqların ürək ritmi, qan təzyiqi, ürəyin funksional göstəriciləri və potensial risk faktorları da araşdırılıb.

Qeyd edək ki, Liv Bona Dea Hospital olaraq cəmiyyətimizdə həssas qruplara dəstək olmaq məqsədilə sosial məsuliyyət layihələrinə xüsusi önəm verir. Ümumdünya Ürək Günü çərçivəsində baş tutan bu müayinə də məhz bu missiyanın bir hissəsi olaraq, uşaqların və onların ailələrinin həyat keyfiyyətini artırmağa yönəlib.

Seçilən
14
far.az

1Mənbələr