AZ

“Liv Bona Dea Arena” nə vaxt hazır olacaq?

“Liv Bona Dea Arena”nın qazonunda renovasiya işləri davam edir.
“Araz-Naxçıvan” məhz bu üzdən 8-ci turun ev oyununu Sumqayıtda keçirməli oldu. Bəs stadionda görülən işlər “Araz-Naxçıvan”ın növbəti ev oyununa kimi başa çatacaqmı? “Football-plus.az” bu sualla klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət edib:

“Növbəti ev oyunumuz oktyabrın 25-27-si aralığında olacaq. Konkret gün müəyyənləşməyib. Oktyabrın ya 26-sı, ya da 27-də keçiriləcək. Çünki oktyabrın 25-i qadınlardan ibarət yığmanın həin stadionda oyunu var. O vaxta qədər də bütün işlər başa çatacaq”.


ƏSƏD SEYİDOV
Seçilən
5
football-plus.az

1Mənbələr