AZ

“Qarabağ”ın oyun tərzini bəyənirəm” – Henrik

“Malmö”nün baş məşqçisi Henrik Ridström Avropa Liqasının II turunda sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Qarabağ” Avropa Liqasında qarşılaşacağımız ən güclü komandalardandır. Azarkeşləri önündə, xüsusi ilə də topa sahib olanda təhlükəli rəqibdir. “Qarabağ”ın oyun tərzini bəyənirəm. Ancaq düşünürəm ki, öz futbolumuzu oynayaraq onlarla mübarizə apara bilərik. Çoxu düşünür ki, “Reyncers” daha güclüdür. Amma məncə, “Qarabağ” onlardan üstün komandadır.

Yaxşı müdafiə olunmalı və kompakt olmalıyıq. Lakin bilirik ki, öz oyunumuzla yaxşı nəticə əldə edə bilərik. Ümid edirəm ki, yaxşı futbolla qələbə qazana biləcəyik”.

Seçilən
20
futbolpress.az

1Mənbələr