AZ

ABŞ nümayəndəsi İranı qınamağa və sanksiya verməyə çağırıb

ABŞ nümayəndəsi İranı qınamağa və sanksiya verməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Yaxın Şərqdəki son eskalasiya ilə bağlı fövqəladə iclasda Təhlükəsizlik Şurasının üzvlərini İranı qınamağa və sanksiya etməyə çağırıb.

“Bu Şuranın bir səslə çıxış etməsi və İranı digər üzv dövlətə qarşı əsassız hücumuna görə qınaması zamanıdır. Həmasın təxminən bir il əvvəl bu gün həyata keçirdiyi dəhşətli hücumundan sonra Birləşmiş Ştatlar İrana açıq mesaj göndərdi: Vəziyyətdən regionu daha geniş müharibəyə sürükləmək riski ilə istifadə etməyin."

Tomas-Qrinfild qeyd edib ki, susqunluq və hərəkətsizlik SEPAH-ı dünən və bu ilin 13 aprelində gördüyümüz kimi hücumları təkrarlamağa dəvət edəcək.

Seçilən
33
operativmedia.az

1Mənbələr