AZ

Maradonanın cəsədi mavzoleydə yerləşdiriləcək

Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradonanın cəsədi mavzoleyə yerləşdiriləcək.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, bununla bağlı futbolçunun qızları Dalma və Canina San-İsidor məhkəməsinə müraciət edib.

Məhkəmə onların bu istəyini müsbət cavablandırıb. Qızlar atalarının məzarının Buenos-Ayresin mərkəzində tikilməkdə olan məqbərəyə köçürülməsini istəyiblər. Bununla da hər kəs Argentina futbolunun əfsanəsinin xatirəsini ehtiramla yad edə biləcək.

Maradona hazırda Buenos-Ayresin ətrafında, ictimaiyyət üçün bağlı olan şəxsi qəbiristanlıqda dəfn olunub. Mavzoleyin tikintisi gələn il başa çatacaq.

Qeyd edək ki, Maradona 2020-ci ilin noyabrın 25-də 61 yaşında vəfat edib.


Seçilən
6
2
news24.az

3Mənbələr