AZ

"Bakıya qələbə dalınca gəlmişik" - "Malmö"nün baş məşqçisi

UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qarabağ"ın qonağı olacaq "Malmö"nün baş məşqçisi Henrik Ryudström oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, İsveç təmsilçisinin çalışdırıcısı belə danışıb:

"Qarabağ"ı təhlil etmişik. Güclü komandadır. Hətta deyərdim ki, sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. Bu komanda öz meydanında daha yaxşı oyun sərgiləyir. Topu özlərində saxlamaq bacarıqları yüksəkdir. Oyunun çətin olacağını bilirik. Amma Bakıya qələbə ardınca gəlmişik".

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Seçilən
25
17
fanat.az

10Mənbələr