AZ

Henrik Ridström: "Ən güclü klublardan biri ilə qarşılaşacağıq”

“Ola bilər ki, “Qarabağ”ı İsveçdə çoxları tanımır, ancaq biz bu komandanın potensialını bilirik”.

İdman.biz xəbər verir ki, bunu “Malmö” klubunun baş məşqçisi Henrik Ridström Avropa Liqasının Liqa yolunda “Qarabağ” la oyun öncəsi mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, oyuna ciddi hazırlaşıblar: “Qarabağ”ı yaxşı analiz etmişik. Deyə bilərəm ki, güclü komandadır. Bu komandanın oyun tərzini bəyənirəm. İstənilən halda biz bura müsbət əhval-ruhiyyədə gəlmişik. Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq”.

Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı sabah saat 20:45-də start götürəcək.

İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr