AZ

Dövlət qurumları arasında velosiped yarışının qalibləri bəlli olub - FOTO

Bu gün dövlət qurumları arasında velosiped yarışı keçirilib.

İdman.biz xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Respublika Velotrekində təşkil olunan yarışda qadınlar arasında Leyla Əliyeva, Sevda Verdiyeva (hər ikisi Fövqəladə Hallar Nazirliyi), Şəkər Məmmədova (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) fərqləniblər.

Kişilər arasında Cəlal Süleymanov, Sənan Əhmədzadə (hər ikisi FHN) və Ramil Mirzəyev (“AzerGold” QSC) ilk üçlükdə qərarlaşıblar.

Qeyd edək ki, yarışda 11 dövlət qurumundan 24 əməkdaş (20 kişi, 4 qadın) iştirak edib.

İdman.biz

Seçilən
29
idman.biz

1Mənbələr