AZ

"Crocus" terrorçuları bir-birinə qarşı ifadə verməyə başlayıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moskva vilayətində "Crocus City Hall" konsert zalında terror aktı ilə bağlı işin təqsirləndirilən şəxsləri bir-birilərinin əleyhinə ifadə verirlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RIA Novosti" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, nəticədə onların hamısının həbs müddəti növbəti dəfə uzadılıb.
"İstintaqın təqsirləndirilən şəxslərin hər birinin azadlıqda olarkən, ittihamın ağırlığını nəzərə alaraq, cinayət yoldaşları ilə hərəkətlərini əlaqələndirə biləcəyini, şahidlərə və onların əleyhinə ifşaedici ifadələr vermiş digər cinayət iştirakçılarına təzyiq göstərə biləcəyini düşünmək üçün kifayət qədər əsası var", - deyə sənəddə vurğulanır.
O da öyrənilib ki, istintaq müddəti dekabrın 22-dək uzadılıb.
Seçilən
13
1
oxu.az

2Mənbələr