AZ

Belçika üç Sezar haubitsasını Ukraynaya verə bilər

Belçika 12 milyon avro dəyərində Fransa istehsalı olan üç Sezar təkərli haubitsasının Ukraynaya təhvil verilməsi imkanlarını araşdırır.

"Operativ Media" xəbər verir ki, Krallığın Müdafiə Nazirliyi milli xəbər agentliyi Belqaya bildirib.

“Nazirlər Şurası tezliklə 12 milyon avro dəyərində üç Sezar haubitsasının alınması və Ukraynaya təhvil verilməsi imkanlarını nəzərdən keçirəcək”, - agentlik qeyd edib.

Belqa xatırladıb ki, bu satınalma Fransanın digər Avropa ölkələri ilə birlikdə Ukraynaya ilk dəfə yanvarın 18-də elan edilmiş 72 haubitsa tədarükü təşəbbüsü çərçivəsində həyata keçiriləcək.

Müdafiə Nazirliyi bu üç silahın Kiyevə nə vaxt təhvil verilə biləcəyini dəqiqləşdirməyib.

Seçilən
11
operativmedia.az

1Mənbələr