AZ

Maştağada 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı 14-cü polis şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.

Seçilən
5
13
ikisahil.az

10Mənbələr