AZ

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – TƏFƏRRÜAT

İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holan dünyanın ən bahalı futbolçusu olub. Holanın yenilənmiş qiyməti 200 milyon avro təşkil edib.

Beləliklə, o, internet portalının 180 milyon avro qiymətləndirdiyi “Real Madrid” oyunçuları Cud Bellinqem, Vinisius Junior və Kilian Mbappeni geridə qoyub.

İlk onluqda Filip Foden (“Mançester Siti”) 150 milyon avro ilə beşinci, Bukayo Saka (“Arsenal”) isə 140 milyon avro ilə altıncı yeri tutub. Yeddinci-onuncu yerləri isə 130 milyon avro ilə Florian Virts (“Bayer Leverkuzen”), Camal Musiala (“Bavariya”), Rodri (“Mançester Siti”) və Lamin Yamal (“Barselona”) bölüşdürüb.

Qeyd edək ki, 24 yaşlı norveçli bu mövsüm “Mançester Siti”nin heyətində 8 oyuna çıxıb və 11 qol vurub. Holanın klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

İngiltərə Premyer Liqasının cari mövsümündə “Mançester Siti” altı start turunda 14 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə olan “Arsenal”ın da eyni xalı var. Turnir cədvəlinə 15 xalla “Liverpul” başçılıq edir./Yeniavaz.com

Seçilən
7
2
editor.az

3Mənbələr