AZ

Sadiq Əliyev: "Önəmli layihələrimizdən biri məzunların məşğulluq reytinqi layihəsidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bizim önəmli layihələrimizdən biri məzunların məşğulluq reytinqi layihəsidir. Bu layihənin əsas məqsədi həm ali təhsil müəssisələrinin, həm də işəgötürənlərin bu platformadan istifadə edərək işçi ehtiyacına uyğun şəxslərin müəyyənləşdirilməsi və ixtisas seçimi zamanı abituriyentlərlə, tələbələrin məşğulluq prizmasından doğru seçim etməsini təmin etməkdən ibarətdir. 8 parametr üzrə məzunların məşğulluq reytinqi müəyyənləşdirilir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Grand HR Summit"də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev deyib.
O bildirib ki, növbəti layihə ali təhsil müəssisələrinin karyera inkişaf mərkəzləri ilə bərabər icrası nəzərdə tutulan layihədir:
"Ali təhsil müəssisələrinin karyera inkişaf mərkəzləri ilə intensiv görüşlər, mini əmək yarmarkaları həyata keçiririk. Bu istiqamətdə 3 layihə reallaşıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən və dəstək göstərilən proqramlar işəgötürənlərə unikal imkanlar yaradır. Çünki proqramlarımız vasitəsilə işəgötürənlərə müəyyən maliyyə dəstəyi göstərilir, qarşılığında isə işəgötürənlər əmək bazarının prinsiplərinə uyğun olaraq işsiz vətəndaşların işlə təmin olunması istiqamətində Dövlət Məşğulluq Agentliyi ilə qarşılıqlı əməkdaşlıq etsinlər.
"Böyük Qayıdış" - əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində də işəgötürənlərə dəstək layihəmiz var. Burada qarşıdakı 10 il ərzində işəgötürənlərin sığorta haqlarının həm subsidiyalaşması, həm də onların əcnəbi işçilər ilə bağlı kvotasının 5 il müddətində azad olunması ilə bağlı dövlət tərəfindən mühüm addımlar atılıb".
Məhərrəm Əliyev
Seçilən
11
50
oxu.az

10Mənbələr