AZ

ARDNF valyuta satışını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 milyard 745 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

"İki sahil” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Təkcə sentyabrda isə ARDNF-in valyuta satışının məbləği 732,3 milyon dollar təşkil edib. Bu isə ötən ilin sentyabr ayına nisbətən 4,45 dəfə çoxdur.

Bu il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməlidir. 9 ay ərzində bunun 9 milyard 586 milyon manatı təmin olunmalı idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 180 milyon manat çox - 9 milyard 767 milyon manat olub.

Seçilən
8
6
ikisahil.az

8Mənbələr