AZ

Apple yeni cihazın təqdimatına hazırlaşır

Apple 2025-ci ilin əvvəlində iPhone SE smartfonunun yeni nəslini təqdim edəcək. 

News24.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin yazarı Mark Qurmanın sözlərinə görə, SE xətti son üç ildə ilk dəfə yenilənəcək. Cihaz hazırkı iPhone-ların üslubunda dizayn alacaq. 

Smartfon Home düyməsi olmayan nazik çərçivəli ekranla təchiz ediləcək. O, həmçinin Face ID biometrik sensoruna sahib olacaq.

Bloomberg qeyd edib ki, yeni nəsil SE Apple Intelligence neyron şəbəkəsini dəstəkləyəcək. Telefonun 8 giqabayt operativ yaddaşı olacaq. 

Cihazın digər xüsusiyyətləri açıqlanmayıb.

Mark Qurman öz məqaləsində deyib ki, yeni SE xətti Apple-a ucuz smartfon bazarında daha uğurlu rəqabət aparmağa kömək edəcək.

Məryəm İlhamqızı

Seçilən
7
1
news24.az

2Mənbələr