AZ

Planeti qoruyan insanlar: Azərbaycandan hekayələr

Planeti

Bakı, 2 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi və ICESCO-nun Biotibbi materiallar kafedrasının müəllimi Aygün İsrayılova Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən konfransın “Planeti qoruyan insanlar: Azərbaycandan hekayələr” mövzusundakı panel sessiyasında məruzə edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, innovativ ideya və təşəbbüslərin müzakirə edildiyi sessiyada Aygün İsrayılova neftlə çirklənmiş torpaqların təmizlənməsində tətbiq olunan mikrobioloji üsullardan, onların müsbət və mənfi cəhətlərindən söz açıb. Bildirib ki, hazırda Türkiyənin Ege Universiteti ilə birlikdə arsenlə çirklənmiş çayların, göllərin təmizlənməsində biolüminessent-biosensor bakteriyaların ayrılması istiqamətində tədqiqat işi aparılır. Son illərdə ali təhsil müəssisələrinin tələbələri arasında ətraf mühitin qorunması ilə bağlı tədqiqat işləri artırılıb. BDU əməkdaşı COP29 çərçivəsində də bu istiqamətdə araşdırmaların genişləndirildiyini qeyd edib.

 

Seçilən
22
azertag.az

1Mənbələr