AZ

Almaniya nəşri Mahirdən yazdı: həm əzizlədi, həm də danladı

Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Nürnberq” bazar günü2-ci bundesliqanın 7-ci turunda səfərdə “Hannover”ə uduzub – 0:2.

Matç həmyerlimiz üçün əlamətdar olub. Belə ki, Mahir ilk dəfə Almaniya təmsilçisinin start heyətində meydana çıxıb. O, 75-ci dəqiqədə - oyunda hesab açılmadan əvəzlənib. Bu nəticədən sonra “Nürnberq” 7 xalla 14-cü yerədi.

Almaniyanın məşhur “Kicker” nəşri futbolçumuz haqda bu fikirləri yazıb:

“Mahir Emreli matçın 20-ci saniyəsində yaxşı fürsət yaratdı. Lakin qapını dəqiq nişan ala bilmədiyindən komandasını sevindirə bilmədi. “Nürnberq” 1-ci hissə ərzində başqa təhlükəli epizoda imza atmadı. İkinci yarıda Mahir üçün əla şans ortaya çıxdı. Amma azərbaycanlı hücumçu bu dəfə də topu tora qovuşdura bilmədi. Miroslav Kloze Emrelini meydandan çıxarandan sonra komandanın hücum xətti yenə durğunluq yaşadı. Belədə bəxt “Hannover-96”nın üzünə güldü”.

Onu da qeyd edək ki, Kloze Mahirin start heyətindəki performansını bəyənib. Baş məşqçi futbolçunun yaxşı təsir bağışladığını və start heyəti üçün mütləq seçimlərdən biri olacağını vurğulayıb.

KƏNAN BAHADIR
Seçilən
14
football-plus.az

1Mənbələr