AZ

Samir Məmmədovdan Azərbaycanın innovasiya potensialının gücləndirilməsi barədə AÇIQLAMA

Bakı. Trend:

Azərbaycanda innovasiya potensialının artırılması üçünəhəmiyyətli addımlar atılıb.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müaviniSamir Məmmədov Azərbaycanda ilk innovasiya mərkəzinin açılışızamanı bildirib.

S.Məmmədov vurğulayıb ki, müasir dünyada İnnovasiyalar, biliyəəsaslanan iqtisadiyyatı formalaşdıran əsas amilə çevrilir.

"İnnovasiya potensialını həyata keçirmək üçün strateji yanaşmavacibdir. Ölkəmizdə innovasiyaların inkişafı strategiyası 5 əsasprinsipə əsaslanır: bazara çıxış, maliyyə resursları, insankapitalı, infrastruktur və innovasiya mədəniyyətinin inkişafı. Buelementlərin bir-biri ilə qarşılıqlı əlaqəsi davamlı və sağlam birinnovasiya ekosisteminin əsasını yaradır", - o qeyd edib.

Nazir müavininin sözlərinə görə, son illərdə Azərbaycan buprinsiplərə əsaslanaraq, innovasiya potensialını artırmaq üçünəhəmiyyətli addımlar atıb.

"Belə ki, 2023-2024-cü illərdə İnovasiyalar və İnkişaf Agentliyi(İRİA) tərəfindən dəstəklənən 20 inkubasiya və akselerasiyaproqramı 600-dən çox komandaya cəlb olunub və bu proqramlarəsasında 165 uğurlu startap yaradılıb.

Gələcək illərdə aktiv innovasiya layihələrinin sayının 500-əçatdırılması planlaşdırılır. Bununla yanaşı, ölkədə texnoparklarınrezidentlərinin sayı 100-ə yüksəlib. Son illərdə İKT sahəsindəkadrların inkişafı ölkənin prioritetlərindən biri olub. “Holberton”məktəbi, Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi və müxtəlif təqaüdproqramları kimi təşəbbüslər nəticəsində 10 mindən çox gəncinformasiya texnologiyaları sahəsində ixtisaslaşıb", - o əlavəedib.

Seçilən
4
az.trend.az

1Mənbələr