AZ

Fransa İranın İsrailə endirdiyi zərbələriPİSLƏDİ

Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron Berlində Ukrayna münaqişəsini və Yaxın Şərqdə vəziyyətin pisləşməsini müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.

"Kansler və prezident Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Onlar İranın İsrailə raket hücumlarını qəti şəkildə pisləyiblər. İsrail və Hizbullah arasındakı münaqişəyə gəldikdə, onlar bir daha bir çox dövlətlərin dərhal atəşkəs yaratmaq və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirmək çağırışını xatırladıblar”, - məlumatda qeyd olunur.

Həmçinin bildirilib ki, Makron və Şolts Ukraynanı dəstəkləməyə davam edəcəklərini təsdiqləyiblər.

Türkan İSGƏNDƏRLİ 

Seçilən
8
redaktor.az

1Mənbələr