AZ

Rəsmi Moskva: Martinika adasındakı vəziyyətin inkişafını narahatlıqla müşahidə edirik

Rusiya Karib dənizindəki Martinika adasındakı vəziyyətin inkişafını narahatlıqla müşahidə edir.

 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Yeni Koledoniyadan sonra Martinikidə də Fransanın narazı xalqa qarşı güc tətbiq etməsinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, hakimiyyətin etinasız yanaşması və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazır olmaması dinc nümayişlərin təəssüflər olsun ki, kütləvi iğtişaşlara çevrilməsinə gətirib çıxarıb.

 

“Son zamanlar bu artıq ilk dəfə deyil ki, rəsmi Paris Fransanın dəniz ərazilərinin yerli əhalisi ilə qarşılıqlı hörmətə əsaslanan dialoqdan imtina edir, güc tətbiqinəüstünlük verir. Bu ilin may ayında Yeni Kaledoniyada yerli əhalinin etirazları güc yolu ilə yatırılıb, daha sonra siyasi represiyalara başlanılıb”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

 

Zaxarova vurğulayıb ki, Fransanın dəniz ərazilərində iqtisadi problemlərin gərginləşməsi, siyasi böhranların yaranması dekolonoziyasiya prosesinin başa çatmamasının birbaşa nəticəsidir: “Hər şey yetişib. Hər şey göz qabağındadır. Paris imperiya olmaq istəyir demək düz olmazdı. Çünki, çoxdandır ki, Fransanın belə məsuliyyəti, yəni imperiyanın daşıdığı məsuliyyəti, təsir gücü olmayıb. Lakin Paris özünü imperiya kimi hiss etməyi çox istəyir. Çox istəyir ki, özünü imperiya kimi aparsın. Çox istəyir ki, Fransa imperiyasının əvvəllər əldə etdiyi kimi bonuslar əldə etsin. Buna artıq son qoymaq lazımdır. Artıq vaxtıdır. Fransa siyasətindən xalq narazılığının coğrafiyası genişlənir. Bir daha deyirəm, vaxt yetişib, Paris adət etdiyi müstəmləkə metodlarından, bu ərazilərə xammal bazası kimi baxmaqdan əl çəkməlidir. Fransa özü ilə məşğul olmalıdır. Parisdə başqalarını öyrətməyi çox sevirlər, hər zaman özgənin problemlərini necə həll etməyi gözəl bilirlər. Bu möhtəşəm təcrübəni özünə münasibətdə tətbiq etməyin vaxtıdır”.

 

APA

Tarix: 2 Oktyabr 2024, 17:30   
Seçilən
10
4
pravda.az

5Mənbələr