Türkiyənin sosial media ulduzu, Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı braziliyalı model Marlon Teyşeyra (Teixeira – orijinal yazılışı) ilə münasibətə başlayıb.
Bizim.Media olay.az-a istinadən xəbər verir ki, cütlüyün sevgili olmağı Şeymanın paylaşımından sonra üzə çıxıb.
Qeyd edək ki, Marlon dünya miqyasında tanınan bir moda simasıdır. 6 sentyabr 1991-ci ildə Braziliyanın Santa-Katarina əyalətində anadan olub.
O, bir çox prestijli moda evi və markaların üzü olub, “Versace”, “Dolce & Gabbana”, “Armani”, “Roberto Cavalli” kimi tanınmış brendlərlə əməkdaşlıq edib. Bundan öncə bir dəfə evlənib boşanan sənətçinin bir qız övladı var.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta