AZ

Nazir: İranın hücumu zamanı Britaniya hərbçiləri İsrailə dəstək verib

Nazir:

London, 2 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, Britaniya qüvvələri İranın raket hücumları zamanı İsrailə dəstək verib

AZƏRTAC xəbər verir ki, bu barədə nazir özünün “X” sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, Britaniya qüvvələri Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün öz töhfələrini verib. Nazir əməliyyatda iştirak edən bütün Britaniya personalına göstərdikləri şücaət və peşəkarlıq üçün təşəkkür edib. Lakin nazir təfərrüatı açıqlamayıb.

Yeri gəlmişkən, Con Hili Kiprə səfər edib. Səfər çərçivəsində onun Livandan Britaniya vətəndaşlarının təxliyəsinə hazırlaşan Britaniya hərbçiləri ilə görüşü planlaşdırılır.

Livanda olan Britaniya vətəndaşlarına hökumətin saytında qeydiyyatdan keçmələri tövsiyə edilib və bu gün üçün Beyrutdan Böyük Britaniyaya çarter reysi planlaşdırılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Seçilən
6
azertag.az

1Mənbələr