AZ

Bakı Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə qarşı mübarizə meydanıdır - Tanınmış aktivist

Bakı Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə qarşı mübarizə meydanıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan tanınmış aktivist Kemi Seba mətbuat üçün keçirilən brifinqdə deyib.

"Fransa Afrika və dənizaşırı ölkələrdən gedənə qədər mübarizəmizi dayandırmayacağıq.

"Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizədə iddialı platformaya çevrilmiş bir şəhərdə - Bakıda olmağımla fəxr edirəm.

Təşkilatım tərəfindən əminliklə deyə bilərəm ki, ədalətsizliyə qarşı bu mübarizədə Azərbaycanın istənilən təşəbbüsünü dəstəkləyəcəyəm.

Bizim xalqlarımız beynəlxalq təşkilatlara inanmır. Beynəlxalq ictimaiyyət deyəndə bir qrup Qərb insanlarını düşünürük və onlar da başqa insanlara nəyin yaxşı, nəyin pis olduğunu diktə etməklə, məşğuldurlar. Əgər bizi beynəlxalq konfranslara dəvət etsələr, gedəcəyik. Ancaq bir çox hallarda biz onlara inanmırıq. Çünki onlar bu əzilmənin, işgəncənin sonlanmasını istəmir", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
0
2
milli.az

3Mənbələr