AZ

Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar.  

Daxilii İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb. 

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.

Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Seçilən
4
12
operativmedia.az

10Mənbələr