AZ

İlham Əliyev: “Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir”

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın işğal dövründə Qarabağ torpaqlarında ekoloji, şəhər və mədəniyyət qətliamı həyata keçirdiyini vurğulayıb: "Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir."

İlham Əliyev paytaxt Bakıda keçirilən Beynəlxalq Ombudsmanlar Forumunun iştirakçılarına məktub göndərib. Məktubunda Azərbaycan dövlətinin suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdiyini qeyd edərək, ölkə ərazisindəki separatizmə son qoyduqlarını vurğulayıb. O, Ermənistanın təxminən 30 il beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qərarlarını nəzərə almadan Azərbaycan torpaqlarını işğal altında saxladığını və işğal nəticəsində 1 milyondan çox azərbaycanlının öz yurd-yuvasından didərgin düşdüyünü xatırladıb.

Ermənistanın 30 illik işğalının ağır nəticələrinin hələ də davam etdiyini və insanların həyatına, ətraf mühitə böyük təhlükə yaratdığını bildirən İlham Əliyev məktubunda bu ifadələrə yer verib: "Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda ekoloji qətliam, şəhər qətliamı və mədəniyyət qətliamı törədib. Torpaqlarımız və çaylarımız çirkləndirilib, meşələrimiz məhv edilib, şəhər və kəndlərimiz dağıdılıb. Ərazilərimiz minalanıb. Dini və mədəni abidələrimiz yerlə yeksan edilib. Ermənistan 1-ci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarların dəqiq yerləri barədə məlumat verməkdən imtina edir. Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir."



Seçilən
17
trt.net.tr

1Mənbələr