AZ

"Bu sınağın öhdəsindən layiqincə gəldik" - Mikel Arteta

Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Londonda PSJ-ni 2:0 hesabı ilə məğlub edən "Arsenal"ın baş məşqçisi Mikel Arteta oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, BBC ispaniyalı mütəxəssisin sözlərini belə çatdırıb:

"Oyunumuzdan tam razıyam. Parlaq futbol sərgiləyən, güclü rəqiblə qarşılaşdıq. PSJ-yə qarşı topsuz oynamaq çox çətindir.

İlk hissədə üstün tərəf biz idik, çox sayda qol imkanları yaratdıq. İkinci yarıda isə vəziyyət bir qədər dəyişdi. Nəticədə planlaşdırdığımızdan çox əziyyət çəkməli olduq. Çempionlar Liqasınının tələbləri yüksəkdir. Amma əminəm ki, bu sınağın öhdəsindən layiqincə gəldik".

Nihat

Seçilən
12
fanat.az

1Mənbələr