Türkiyənin \"Hürriyet\" nəşrində paylaşılan xəbərlərə görə \"Neftçi\" klubu ilə təcrübəli çalışdırıcı Fatih Terim arasında danışıqlara start verilib.
AZXEBER.COM xəbər verir ki, oxu.az-a məsələ ilə bağlı açıqlama verən \"Neftçi\" klubunun mətbuat katibi Asəf Zeynallı xəbərin tamamilə əsasız olduğunu bildirib.
\"Hazırda komanda olaraq bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Türkiyə mediasında paylaşılan xəbər isə əsassızdır\", - deyə A.Zeynallı bildirib.
Qeyd edək ki, \"Neftçi\" Azərbaycan Premyer Liqasının 9-cu turunda Gəncənin \"Kəpəz\" klubu ilə oktyabrın 4-də saat 17:00-da qarşılaşacaq.