AZ

İtkin ailələrindən 11200-dən çox bioloji nümunə toplanıb

“Ölkəmizin 63 bölgəsində olan itkin ailələrindən 11200-dən çox bioloji nümunə toplanıb.
APA xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin rəhbəri Rüfət Əliyev “İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri: onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi və cavablandırılması, əməkdaşlıq və tərəfdaşlıq sahələr mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, həmin materiallar əsasında DNT məlumat bazası formalaşdırılıb: “Hazırda 4000-ə yaxın soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsi və antiterror tədbirlərindən sonra aparılan tikinti işləri və Dövlət Komissiyasının apardığı qazıntılar nətocəsində kütləvi məzarlıqlar aşkar edilib. İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi diqqət mərkəzində saxlanıb. Bütün çətinliklərə baxmayaraq itkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyənləçdirilməsində ciddi irəliləyiş əldə edilib. Xəbərsuz itkin düşnüş şəxslərin müəyyənləşdirilməsi sahəsində Dövlət Komissiyası, BQXK və aidiyyəti qurumlar arasında davam etdirilən əməkdaşlığın hazırki səviyyəsi yüksək qiymətləndirilib.

Seçilən
28
17
apa.az

10Mənbələr