AZ

İran yaxın günlərdə Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyini gözləyir - ÖZƏL

İran hakimiyyəti Yaxın Şərq regionunda vəziyyətin yaxın gələcəkdə sabitləşməsini gözləyir.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Dünən gecə biz yalnız hərbi obyektləri vurduq və israillilərdən fərqli olaraq biz mülki infrastruktura zərbə vurmadıq. Biz yaxın günlərdə regionda vəziyyətin tədricən sabitləşməsini gözləyirik", - baş diplomat bildirib.
Oktyabrın 1-i axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran silahlı qüvvələrinin elit birliyi) İsrailə qarşı kütləvi ballistik və hipersəsli raket hücumu həyata keçirib. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib, əhaliyə sığınacaq tapşırılıb. İnqilab Keşikçiləri Korpusu bildirib ki, raketlərin 90%-i təyin olunmuş hədəfləri uğurla vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr