AZ

Çində möhtəşəm final

Pekində tennis üzrə Çin Açıq Çempionatı başa çatıb.

Futbolinfo.az xəbər verir ki, finalda dünya reytinqinin liderləri qarşılaşıblar.

Oyun adına layiq baş tutub. İlk setdə Karlos Alkarasın öndə olmasına baxmayaraq, Yannik Sinner dönüş edərək qələbə qazanıb – 7:6 (8:6).

İkinci setin sonlarında ispan tennisçi breyk edib. Bu da hesabın bərabərləşməsinə kifayət edib – 6:4. Həlledici set də ilk setin ssenarisinə bənzəyib. Öndə olmasına baxmayaraq, Karlos üstünlüyünü qoruya bilməyib. İtalyan tennisçi breyk edərək hesabı bərabərləşdirib. Set yenə də tay-brekə qədər uzanıb. Burada Sinner yaxşı start verib. İlk 3 xalı qazanan dünya reytinqinin lideri ardınca fiasko ilə üzləşib. Alkaras 7:3 qalib gələrək turnirin qalibi olub.

Seçilən
9
futbolinfo.az

1Mənbələr