AZ

Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə evləri olanlar SƏNƏD ALA BİLƏCƏK

Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi əsasları müəyyənləşib. Bu, "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"da öz əksini tapıb.


 Mülkiyyətçinin əsaslı müraciət daxil olduqda, kateqoriyanın dəyişdirilməsi mümkün olacaq.  


Bəs torpaqların təyinatının dəyişdirilməsinin asanlaşması sənədsiz evlərə sənəd verilməsi prosesinə necə təsir edəcək?


Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a açıqlamasında bu haqda danışıb.

 



“Yeni proses və qaydalara görə şəhərlərin baş planlamasına uyğun müəyyən proseslər daha düzgün tənzimlənsin. Lakin inşa olunmuş ərazilərlə bağlı müəyyən amnisiyaların da aparılması lazım olacaq. Bu o deməkdir ki, aidiyyatı dövlət qurumları bu istiqamətdə müəyyən işlər aparmalı və onlar bu prosedurları tənzimləməlidirlər. Bu qərar əsas vermir ki, indiyədək qanunsuz formada tikilən bütün tikililətə sənəd veriləcək və ya onlar qanuni hesab olunacaq”.


“Qanunən evlərin tikilməsinə icazə verilməyən ərazilər xüsusi mühafizə olunan ərazilərdir. Xüsusi mühafizə olunan bu ərazilərdə, yaşayış və ya qeyri-yaşayış fərq etmir. Xüsusilə, dəmir yolu xətlərinə 60 metrdən yaxın, su və kommunikasiya xətlərinin, kanalizasiya xətlərinin üzərində yerləşən ərazilər xüsusi mühafizə olunan ərazilər hesab oluna bilər. Hardakı təyinatından asılı olmayaraq heç bir formada evlərin tikintisinin aparılması mümkün deyil, onlara bu plan şamil olunmayacaq”.


Ekspert xüsusilə vurğulayıb ki, bu plan adətən keçmiş adı kənd təsərrüfatı, bələdiyyə torpağı və s. bu kimi anlayışlarla qalmış lakin yaşayış məntəqələri olan ərazilərə aid ediləcək.


“Vaxtilə bələdiyyə və yaxud icra hakimiyyəti kütləvi sərəncamlar verib və həmin ərazi bütöv olaraq yaşayış məskəni kimi hazırda istifadə olunur. Belə ərazilər üçün müəyyən əsas yaranır”.

 

Fidan Vəlisoy 

Seçilən
2
referans.az

1Mənbələr