Yeni funksiyalar təqdim edərək daha yaxşı təcrübə təqdim etməyi hədəfləyən “WhatsApp” həyəcan verici bir açıqlama verdi.

İndex.az xəbər verir ki, açıqlamada məşhur ani mesajlaşma tətbiqinin videozəng xüsusiyyətinə əlavə olunacaq yeni funksiyalar təqdim edilib.

Video zənglərdə istifadə edilə bilən filtr və fon funksiyaları “WhatsApp”a əlavə olunacaq. Bu yolla siz zəng zamanı fonu asanlıqla dəyişdirə və istədiyiniz filtri seçə biləcəksiniz.

Arxa fon funksiyası video zəng zamanı otağın görünməsini istəməyən insanlar üçün çox faydalı olacaq. Qeyd etməliyik ki, bu funksiya bir çox video zəng xidmətlərində, o cümlədən “Google Meet”də mövcuddur.