AZ

Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyası tikiləcək

İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi və yaşıl enerji potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir.

Bu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp, "SOCAR Green" və AİŞ (Azerbaijan Investment Company OJSC -AIC) arasında Birgə İştirak Müqaviləsi imzalandı.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

"Layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin "yaşıl" keçid hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək", - nazir əlavə edib.

Seçilən
9
3
vergiler.az

8Mənbələr