AZ

İbrahim Tatlısesin qızı haqqında istintaq başladıldı

Türk Hava Yollarının (THY) Bodrum-İstanbul reysi zamanı pişiyini xüsusi çantaya qoymaqdan imtina edən və təyyarə heyəti ilə mübahisə edən müğənni Dilan Çıtak Dörter haqqında istintaq başladılıb.

News24.az “Haber Global”a istinadən xəbər verir ki, Dilan Çıtak Dörter “təhqir”, “təhdid” və “yüngül yaralama”da günahlandırılır. 

Qeyd edək ki, Dilan Çitak müğənni İbrahim Tatlısesin qızıdır. Sentyabrın 17-də Bodrum-İstanbul reysi ilə uçan Dilan Çıtak Dörterə ev heyvanını qaydaya uyğun olaraq xüsusi çantasından çıxarmaması barədə kabin heyəti tərəfindən xəbərdarlıq edilib. Mübahisə zamanı Dörterin mübahisə etdiyi təyyarə heyətindən birinə fiziki zorakılıq tətbiq etdiyi irəli sürülüb.  

D.Çitak daha sonra polisin müşayiəti ilə təyyarədən endirilib.

Hava limanının polis bölməsinə aparılan Dörter barəsində stüardessa şikayət edib və o, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Teymur Məmmədov

Seçilən
44
news24.az

1Mənbələr